Avtobuslar və yük maşınlarından oğurluq edən şəxs tutuldu

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsinin əməliyyatçıları yük avtomobillərindən və avtobuslardan akkumulyatorlar və digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Avtosfer.az xəbər verir ki, hövsan qəsəbəsində “Şüşəli bazar” adlandırılan ərazidə dayanan avtobusların üzərindən starterlər və akkumulyatorların oğurlanması barədə 30-cu Polis Bölməsinə məlumat daxil olub.
İşin istintaqını aparan Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Raqif Rəhimovun sözlərinə görə, yük avtomobilləri və avtobuslardan ehtiyat hissələrinin sökülərək oğurlanması barədə məlumat Binə qədəbəsindən də daxil olub. Pusqu qiran əməliyyatçılar oğrunu Hövsan qəsəbəsində avtobusun starterini sökərkən yaxalayıblar.
Yaxalanaraq istintaqa təhvil verilən 30 yaşlı Vüqar Əliyevin sözlərinə görə, ilk oğurluğu Binə qəsəbəsində “KamAZ” markalı yük maşınından edib. O, oğurladığı akkumulyatoru 80 manata satıb. Bundan sonra Vüqar Əliyev fəaliyyət ərazisini Hövsan qəsəbəsinə dəyişib. Onun bu dəfəki hədəfi “Şüşəli bazar” adlanan dayanmlş avtobuslar olub.
İki övlad atası olan Vüqar Seyidağa oğlu Əliyevdən oğurluq ehtiyat hissələrini satan alan şəxslər Suraxanı RPİ 30-cu PB-nin əməliyyatçıları müəyyənləşdiriblər. Vətəndaşlar satın aldıqları ehtiyat hissələrinin oğurluq olduğunu bildikdən sonra polisə könüllü təqdim ediblər.
Faktlarla əlaqədar Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












