Avtobusu minik avtomobili ilə toqquşdu: xəsarət alanlar var - FOTO
Qəzalar
7 İyul 2017 09:43

Dewoo markalı avtobusla Opel avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb
Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsində, "Sədərək" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. "Dewoo" markalı avtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1964-cü il təvəllüdlü Məmmədov Sabir, 1986-cı il təvəllüdlü Nəcəfov Elşad, 1979-cu il təvəllüdlü Fuadov Rəşid və 1970-ci il təvəllüdlü Məmmədov Vüqar ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Minik avtomobili deformasiyaya uğradığından cərimə meydançasına aparılıb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub : 1104
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
ŞƏRH YAZ



















