Avtomobil 76 yaşlı qadını vuraraq öldürüb - Neftçalada

Neftçala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə rayonunun Astanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Neftçala rayon sakini 38 yaşlı Əli Əkrəm oğlu Əliyev idarə etdiyi VAZ 21014 markalı avtomobillə hərəkətdə olarkən yolu keçən, rayonun Astanlı kənd sakini 76 yaşlı Şərqiyyə Mirzəmməd qızı Tağıyevanı vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, avtoqəzada ağır bədən xəsarətləri alan Şərqiyyə Tağıyevanın həyatını xilas etmək mümkün olmayıb: "Yaralı bugün səhər saatlarında xəstəxanada dünyasını dəyişib".
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












