Avtomobil ağaca çırpıldı: iki nəfər xəsarət alıb - Oğuzda

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, rayonun Ərmənət kənd sakini, 1990-cı il təvəllüdlü Şahmar Adil oğlu Musayev idarə etdiyi “VAZ 21093” markalı 10 BU 046 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yolun kənarındakı ağaca çırpılıb.
Hadisə bu gün saat 15.00 radələrində rayonun Top kəndinə gedən yolda baş verib.
Qəza nəticəsində Ş. Musayev və onun sərnişi, həmkəndlisi, 1992-ci il təvəllüdlü Toğrul Sadəddin oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib.
Xəstəxanadan bildirilib ki, Ş.Musayevin vəziyyəti ağır olduğundan ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
T.Əliyev isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) göndərilib. Şəki MRX-dan bildirilib ki, o, ağır qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












