Avtomobil ağaca çırpıldı: sürücü ağır yaralanıb - Zaqatalada

Zaqatalada baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yanvarın 15-dən 16-a keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 110-cu kilometrliyində baş verib.
Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Ruşan Fətullah oğlu Hudulov idarə etdiyi “VAZ 2106” markalı 62 BA 448 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Zaqatala-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunu ötmək istəyərkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.
Qəzadan sonra deformasiyaya uğramış avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalan Ruşan Hudulov hadisə yerinə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılıb.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ruşan Hudulov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan APA-ya bildirilib ki, Ruşan Hudulov travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO













