Avtomobil ağaca çırpıldı, sürücü sıxılaraq öldü - VİDEO

Avtomobil ağaca çırpıldı ,sürücü sıxılaraq öldü. Ağır qəza Lənkəranda olub. Masallı rayonunun Mahmudavar kənd sakini, 45 yaşlı Güləddin Qasımov avtomobili ilə gedərkən qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Güclü zərbədən avtomobil əzilərək yararsız hala düşüb. Ağır bədən xəsarətləri almış sürücü maşından çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən zəruri tibbi yardımların göstərilməsinə baxmayaraq Güləddin Qasımov bir müddət sonra dünyasını dəyişib.Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinədən keçirildikdən sonra ailəsinə təhvil verilib.
Goranboyda isə 53 yaşlı kişini avtomobil vurararaq öldürüb. Hadisə Bakı-Qazax avtomagistralının Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Faxralı kənd sakini, Aytəkin Həsənov yolu keçmək istəyərkən avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












