Avtomobil ağaca çırpılıb - Göygöldə

Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb. Rayon sakini 1987-ci il təvəllüdlü Turqay Abbasov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb.
Qəza zamanı sürücü və iki sərnişin müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan T.Abbasovun vəziyyəti ağır, digər iki nəfərinki isə normal qiymətləndirilir.
İlkin məlumata görə qəzaya səbəb sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etməsi olub.
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












