Avtomobil ağaca çırpılıb, iki nəfər ağır yaralanıb - Xaçmazda

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə "report"un Şimal bürosunun məlumatına görə, hadisə Qəndob-Yalama magistralının 47-ci kilometrliyində qeydə alınıb.
Xaçmaz rayon sakini, 25 yaşlı Elvin Nöhbala oğlu Şıxıyev "Volkswagen-Passat" markalı, 90 NT 637 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Deformasiyaya uğrayan avtomobildə sürücü və onun sərnişini Xaçmaz rayon sakini Turanə Hacıəhməd qızı Heybətova ağır bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyətləri ağır olaraq qalır.
Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO












