Avtomobil aşdı: xəsarət alan var - Göyçayda

Göyçayda bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Ə.Kərim küçəsində qeydə alınıb. Rayonun Ərəb kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Əlisa Nüsrət oğlu idarə etdiyi 23-BL-131 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil dairəvi yol ötürücüsünə çırpılaraq aşıb. Hadisə zamanı sürücü xəsarət almasa da, onun avtomobilindəki sərnişin, Ərəb kənd sakini, 1994-cü il təvəllüdlü Baxışov Azad Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












