Avtomobil aşıb - İsmayıllıda

İsmayıllı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:30 radələrində İsmayıllı-Qaraməryəm yolunun 2-ci kilometrliyində qeydə alınıb.
İsmayıllının Kürdmaşı kənd sakininə məxsus 31-EP-121 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan şəxslər - 1979-cu il təvəllüdlü Hacıyev Zaur Ədalət oğlu, 1965-ci il təvəllüdlü Cəfərov Salman Abdulla oğlu və 1968-ci il təvəllüdlü Cəfərova Ruqiyə Allahverdi qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB













