Avtomobil atı vurub - Ağsuda

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sahibsiz buraxılan heyvanlar növbəti dəfə ağır nəqliyyat hadisəsinə səbəb olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında yolun Ağsu rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ağasəf Bəhruz oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan atı vurub. Hadisə nəticəsində sürücü Ağasəf Məmmədov və sərnişini, Göyçay rayonu Çərəkə kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Məhəmməd İsmayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












