Avtomobil çaya düşdü: ata ölüb, oğlu ağır xəsarət alıb - İsmayıllıda

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qalacıq-İstisu avtomobil yolunda qeydə alınıb. Qəbələ rayon sakini 1962-ci il təvəllüdlü Ağaməmmədov Ağaməmməd Əliheydər oğlu idarə etdiyi 36-BG-893 dövlət nömrə nişanlı “QAZEL” markalı yük avtomobili ilə Qalacıq kəndinin ərazisində, Göyçay çayı üzərindəki körpüdən keçərkən yolun buz bağlaması səbəbindən sürücü idarəetməni itirib və yük maşını yoldan çıxaraq çaya düşüb. Hadisə zamanı sürücü Ağaməmməd Ağaməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun oğlu, 1992-ci il təvəllüdlü Ağaməmmədov Pərviz Ağaməmməd oğlu isə ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı “QAZEL” in yük yerindəki iki baş iri buynuzlu heyvan yüngül xəsarət alib.
Qeyd edək ata və oğlu mal-qara alveri ilə məşğul olur və İstisu kəndindən aldıqları heyvanları Qəbələyə apararakən hadisə baş verib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












