Avtomobil çaya düşdü; sürücü ölüb – VİDEO
Qəzalar
12 Avqust 2020 15:36
Oxunub 1332
Kabarda-Balkar Respublikasında minik avtomobili çaya düşüb. Avtosfer.az xəbər verir ki, qəzadan sonrakı görüntülər sosial şəbəkədə yayımlanıb.
Kadrlarda, güclü axan “Baksan” çayının sularında “Lada” markalı avtomobilin arxası üstə dayandığı görülür.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində avtomobilin sürücüsü ölüb.
Bildirilir ki, hazırda maşın sudan çıxarılıb. Meyit isə aidiyyəti üzrə təhvil verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR