Avtomobil dərəyə aşdı: 3 yaralı - Şamaxıda

Şamaxı rayonunda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 126-cı kilometrliyində, rayonun Meysəri kəndi ərazisində olub. Saatlı sakini, 1993-cü il təvəllüdlü Süleymanov Elmar Azər oğlu idarə etdiyi 10-RO-933 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq 10 metr dərinliyində olan dərəyə yuvarlanıb. Hadisə nəticəsində E. Süleymanov və sərnişinləri -Cəlilabad sakini, 1985-ci il təvəllüdlü Dadaşov Oqtay İsrafil oğlu, Qaradağ sakini, 1988-ci il təvəllüdlü Cəlilova Aynur Babahəsən qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












