Avtomobil hasara çırpılıb - Kürdəmirdə

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ağsu-Kürdəmir-Bəhramtəpə yolunun 29 cu km-də, Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində baş verib.
Belə k, 24 yaşlı sürücü Əhməd Gülməmməd oğlu Əhmədov "VAZ-21015" markalı avtomobillə Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca dəyərək daha sonra vətəndaşa məxsus hasara çırpılıb.
Nəticədə Ə.Əhmədov və sərnişini, 1994-cü il təvəllüdlü Azər Mahir oğlu Ədilov ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












