Avtomobil iki piyadanı vurdu: biri öldü

Hacıqabul rayonunda 2 nəfəri avtomobil vurub, onlardan biri ölüb, digərinin vəziyyət ağırdır. Avtosfer.az apa-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1962-ci il təvəllüdlü Nəbiyev Oqtay Burxan oğlunu və Kürdəmir rayonunun Sığırlı kənd sakini, 1986-cı il təvəllüdlü Burxanov Vüsal Binətçi oğlunu vurub. Hər iki şəxs kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Oktay Nəbiyev orada dünyasını dəyişib. Vüsal Burxanovun vəziyyətinin isə çox ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












