Avtomobil iki piyadanın həyatına son qoydu - VİDEO

Şamaxının Çuxuryurd kəndində piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Gecə saat 21:00 radələrində minik maşını yolu keçən piyada Vüqar Əfəndiyevi vurub. Qəza zamanı piyada ağır bədən xəsarətləri alıb. Sürcü dərhal zərərçəkəni öz avtomobili ilə Şamaxı rayon xəstxanasına gətirib. Həkimlərin sözlərinə görə, Vüqar Əfəndiyev xəstxanaya gətirilərkən yolda dünyasını dəyişib. Meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.
Gəncədə də avtomobillə vurulan yaşlı qadın ölüb. Hadisə bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini, 63 yaşlı Əjdər Rzayev idarə etdiyi avtomobillə yolu keçən piyada- 72 yaşlı Xədicə Abdullayevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Məlumata görə Xədicə Abdullayeva Gəncə mənzil kommunal təsərrüfatı istehsalat birliyində süpürgəçi işləyirmiş.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












