Avtomobil iki yerə bölündü: 2 ölü, 2 yaralı – Qaxda
Qəzalar
1 İyun 2017 11:11

Qəza nəticəsində avtomobil yanaraq külə dönüb
Qax rayonunun Dəymədağlı kəndində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, baş verən hadisə nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb. Belə ki, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Ramazanovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil qəza nəticəsində iki yerə bölünüb və yanaraq külə dönüb. Nəticədə sürücü B.Ramazanov və onun sərnişini 1985-ci il təvəllüdlü Ruslan Muradov ölüb. Avtomobildə olan digər sərnişinlər - 1988-ci il təvəllüdlü Həsrət Kərimov və 1977-ci il təvəllüdlü İlqar Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub : 1292
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
ŞƏRH YAZ












