Bakıda ağır qəza: ÖLƏN və xəsarət alanlar var - FOTO

Yasamal rayonu, Kənar dairəvi yolda minik avtomobili "Kamaz"la toqquşması nəticəsində ölən və xəsarət alanlar var.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Toyota" markalı minik avtomobilinin hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müğənni qəza törətdi - Efriə taksi ilə gəldi - FOTO
Qəbələdə “VAZ” və “Mercedes” toqquşdu, sürücülərdən biri… - VİDEO
Şəmkirdə qəza: “Mercedes”lə toqquşan yük maşını aşdı - VİDEO
Dəhşətli qəzada ölən şəxs müəllim imiş - FOTO
Bakı-Quba yolunda qəza - Bir maşın qarğıdalı yola töküldü - VİDEO
Qubada maşın ağaca çırpıldı - Ölən var - FOTO
Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var - YENİLƏNİB
Qırmızıdan keçən sürücü qəza törətdi; piyadalar ölümdən son anda qurtuldular - VİDEO
Boş yolda qəza: Sürücü avtomobili körpüyə çırpdı - VİDEO
Mingəçevirdə avtomobillər toqquşub - FOTO
Gəncədə “BMW” və “Changan” toqquşdu - Xəsarət alanlar var - FOTOLAR








