Avtomobil kanala aşdı, sürücünün ayağı sındı - FOTO - YENİLƏNİB

Bərdədə idarəetmədən çıxan avtomobil kanala düşüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Elgün İntiqam oğlu Mustafazadənin sürdüyü “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil yol kənarındakı kanala düşüb. Sürücü E.Mustafazadənin ayağı sınıb.
Hadisə yerinə FHN-in Bərdə yanğınsöndürən bölməsinin xilasediciləri gələrək sürücünü çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Avtomobilin kanaldan çıxarılması üçün iş aparılır.
***
TƏBİB-dən bildirilib ki, Bərdədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2000-ci il təvəllüdlü şəxs (kişi cinsli) 03.10.2025-ci il tarixində saat 15:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sağ bud sümüyünün burmaaltı çoxqəlpəli yerdəyişmiş sınığı, sağ göz altının əzilmiş cırılmış yarası diaqnozları təyin edilən şəxsin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.


“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












