Avtomobil körpüdən çaya düşdü: xəsarət alanlar var - Şəkidə

Şəkidə avtomobili körpüdən çaya düşüb, üç nəfər xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 04.00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisində keçən hissəsində sürücüsünün adı dəqiq məlum olmayan “Hyundai” markalı, 90 VA 676 dövlət nömrə nişanlı minik avtomobil qatı duman səbəbindən idarəetmədən çıxıb və körpüdən çaya düşüb. Avtomobildə olan Qax rayonu Baydarlı kənd sakinləri - 1997-ci il təvəllüdlü Elməddin Vəli oğlu Vəliyev, 1997-ci il təvəllüdlü Anar Akif oğlu Yusifov və 1993-cü il təvəllüdlü Xəzər Azər oğlu Əhmədli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan verilən məlumata görə, yaralılardan Elmədin Vəliyevin və Anar Yusifovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Xəzər Əhmədlinin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












