Avtomobil maneəyə çırpılaraq aşdı: 3 yaralı – VİDEO

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Salyan şosesi ilə hərəkətdə olan "99-EE-114" dövlət qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcındakı maneəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil aşaraq yol kənarındakı ağaca da dəyib. Yol Patrul Xidmətinin əməkdaşı polis çavuşu Səxavət Abdullayev "Report"a açıqlamasında bildirib ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb. Xəsarət alan sərnişinlər - 1981-ci il təvəllüdlü Muradova Leyla Ağakərim qızı və 1981-ci il təvəllüdlü Əliyev Firdovsi Asif oğlu xəstəxanaya yerləşdirilib. Sürücüyə (hələlik adı açıqlanmır) isə hadisə yerində ilkin tibbi yardım göstərilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












