Avtomobil partladıldı – 6 ölü, 15 yaralı

İraqın paytaxtı Bağdad şəhərində bir neçə terror hadisəsi baş verib. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın mərkəzi ərazilərindən olan Allavidə avtomobillərdən birində quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
Digər terror hadisəsi isə Atıfiyyə adlanan ərazidə baş verib. Kafe yaxınlığında baş vermiş bomba partlayışı nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Üçüncü terror hadisəsi paytaxtın cənubundakı Atıfiyyədə baş verib. Kafelərdən birinin yaxınlığındakı bazarda baş vermiş partlayış nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.
Yerli mətbuatın yazdığına görə, Bağdadın şərqində odlu silahdan açılmış atəşlə öldürülmüş qadının cəsədi tapılıb. Onun kim tərəfindən qətlə yetirilməsi məlum deyil.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












