Avtomobil piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb - FOTO

Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ramana qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında təxminən 40 yaşlı kişi yolu keçmək istəyən zaman onu Vüsal Hüseynovun idarəetməsində olan "Naz Lifan" markalı avtomobil vurub. Nəticədə şəxsiyyəti hələlik məlum olmayan şəxs hadisə yerində ölüb. Avtoqəzanın qeydə alındığı əraziyə yol patrul xidməti və polis əməkdaşları cəlb edilib. Sürücü V. Hüseynov Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada yolu keçərkən tək olmayıb. Onunla birlikdə yolu başqa bir nəfər də keçirmiş. Hər iki şəxs sərxoş imiş. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO

















