Avtomobil piyadanı vurdu - Lerikdə

Lerik rayonunda avtomobil piyadanı vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Piran kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini 1958-ci il təvəllüdlü Salamat İsa oğlu Nuriyev idarə etdiyi "VAZ-2106" markalı, 43-BD-114 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə geriyə hərəkət edərkən rayonun Davradibi kənd sakini 1970-ci il təvəllüdlü Vüqar Şirməmməd oğlu Rzayevi vurub. Nəticədə ağır bəıdən xəsarətləri alan yaralını sürücü dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıb.
Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub: "Avtoqəza nəticəsində xəsarət alan Vüqar Rzayev əməliyyat olunub. Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstənin vəziyyəti normaldır".
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












