Avtomobil üç nəfəri vurub - Ucarda

Ucarda piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində qeydə alınıb. Zərdab rayon sakini Zülfüqar Həsən oğlu Kərimov idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında olan Xalac kənd sakinləri, 32 yaşlı Səbuhi Adil oğlu Qənbərovu, 38 yaşlı Akif Musa oğlu Məmmədovu və Mingəçevir səhər sakini 33 yaşlı Şirin Zabit oğlu Axundovu vurub. Xəsarət alan hər üç şəxs Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olan Ş. Axundov və S. Qənbərov Göyçay Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər.
İlkin ehtimala görə, hadisəyə havanın yağıntılı olması səbəb olub. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












