Avtomobil vəzifəli şəxsi vurub, sürücü qaçıb - Bakıda

Keçən həftə avtomobil tərəfindən vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, avtomobillə vurularaq xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini Feliks Bayramov Kənd Təsərrüfatı Nazirliyi Təchizat Bazasının direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, hadisə sentyabrın 29-da saat 20 radələrində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən F.Bayramov vurulub və o, xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü - paytaxt sakini Emin Günəşli tutulub.
Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri üzrə cinayət işi başlanıb, araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












