Avtomobil yolu keçən qadını vurub öldürdü - Gəncədə

Gəncədə avtomobillə vurulub öldürülən piyadanın şəxsiyyəti məlum olub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində ölən şəxs Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Yeganə Verdiyevadır. Onu Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Bəhmən Cabbarov idarə etdiyi "Hyundai" markalı avtomobillə vurub.
*** 15:28
Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən qadın piyadanı vurub. Təxminən 50-55 yaşlı, hələ şəxsiyyəti müəyyənləşdirilməmiş qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib. Sürücü polis tərəfindən saxlanılıb. Qeyd edək ki, yaralını xəstəxanaya sürücü aparıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












