Avtomobil yolu keçmək istəyən piyadanı vurdu - Salyanda
Qəzalar
5 Avqust 2017 13:23

Onun vəziyyətinin ağır olduğu bildirilir
Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Bayraq meydanı yaxınlığında qeydə alınıb. Belə ki, rayonun Aşağı Noxudlu kənd sakini, 31 yaşlı Röyal Rafət oğlu Kazımov yolu keçmək istəyən zaman “Mercedes” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilk tibbi yardım göstərildikdən sonra, o, reanimasiya şöbəsinə yerləşdirilib. R.Kazımovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1091
DİGƏR XƏBƏRLƏR
11 Sentyabr 2026 13:06
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
10 Sentyabr 2026 19:10
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
10 Sentyabr 2026 09:54
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
9 Sentyabr 2026 12:41
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
9 Sentyabr 2026 10:41
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
8 Sentyabr 2026 14:06
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
8 Sentyabr 2026 13:23
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
8 Sentyabr 2026 13:18
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
8 Sentyabr 2026 11:41
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
7 Sentyabr 2026 19:27
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
7 Sentyabr 2026 18:56
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
7 Sentyabr 2026 15:41
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
ŞƏRH YAZ











