Banner

Avtomobil yük maşını ilə toqquşdu - 3 ölü, 2 yaralı - VİDEO

Qəzalar 24 Oktyabr 2021 23:26 Oxunub 1844
Avtomobil yük maşını ilə toqquşdu - 3 ölü, 2 yaralı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada "SCANIA" markalı yük maşını ilə "VAZ-2112" markalı minik avtomobili toqquşub.

Unikal.org xəbər verir ki, hadisə bu gün axşam radələrində Başqırdıstan Respublikasının ərazisindən keçən M5 "Ural" magistralının 1335-ci kilometrliyində baş verib.

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində minik avtomobilində arxa oturacaqda əyləşən 58, 55 və 33 yaşlarında olan 3 qadın hadisə yerində dünyasını dəyişib.

35 yaşlı sürücü və 38 yaşlı qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yük maşınının sürücüsü xəsarət almayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh