Avtomobilə hücum edən Kərgədan – VİDEO

Qəzəbli kərgədan turistlərə qorxu dolu anlar yaşatdı. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Namibiyada Etuşa Milli qoruğunda bir nəhəng canlının avtomobilə hücum etməsi, ortaya bu görüntüləri çıxarıb. Kərgədanları izləmək üçün qoruğa gələn turistlər onlardan birinin qəzəblənməsi səbəbindən təhlükəylə üzləşiblər.
Hücum anı turistlərdən biri tərəfindən mobil telefonla lentə alınıb. Sürət toplayaraq ağ rəngli avtomobilə buynuz zərbəsi endirən kərgədan həm özünə, həm maşın, həm də heç şübhəsiz sürücüyə ziyan vurub. Amma bu vahiməli qarşıdurmada ən ağır zərbəni müxtəlif xəsarətlər alan kərgədan görüb.
Kərgədanın hansı səbəbdən aqressivləşdiyi isə qaranlıq olaraq qalır. Baş verən bu hadisədən sonra turistlər ərazini tərk ediblər. Bir müddət əvvəl başqa bir kərgədan qoruğun qadın işçilərindən birini qətlə yetirmişdi. Oxşar hücumların sayının artması ilə bağlı turistləri ehtiyatlı davranmağa səsləyən qoruq rəhbərliyi, potensial təhlükə ilə bağlı qabaqlayıcı tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












