Avtomobilin qarşısına heyvan çıxdı; 3 nəfər yaralandı

İran vətəndaşının idarə etdiyi avtomobil Lənkəranda qəzaya uğrayıb. "Report"un xəbərinə görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Səpnəkəran kəndindən keçən hissəsində qeydə alınıb. İran vətəndaşı olan Bakı şəhər sakini 46 yaşlı Məzinami Həmid Əliəsgər oğlunun idarə etdiyi "Mercedes" markalı 90 OM 351 nömrə nişanlı avtomaşın "VAZ 2107" markalı 10 SU 122 nömrə nişanlı avtomaşınla toqquşub. Hadisədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İran İslam Respublikası vətəndaşı olan Həmid Məzinami kəllə-beyin travması alıb. Digər iki yaralı - Lənkəran rayonu Sütəmurdov kənd sakini Bəhruz Qasımov və Bürcəli kənd sakini Möhübbət İbrahimov da baş və bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq travmatologiya şöbəsinə yerləşdirilblər. "Mercedes"in qarşısına heyvan çıxdığı və onun qəzadan qaçmaq istəyərkən qarşıdan gələn "VAZ 2107" ilə toqquşduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












