Avtomobilində yanan şəxs xəstəxanada ölüb - Kürdəmirdə

Kürdəmirdə avtomobilində yanan şəxs xəstəxanada ölüb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, iyulun 3-də Kürdəmirin Atakişi kəndi ərazisində, Kürdəmir şəhər sakini, 1961-ci il təvəllüdlü Əli Qaraşova məxsus “VAZ-2106” markalı avtomobildə yanğın baş verib. Nəticədə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Ə.Qaraşov orada ölüb.
Qeyd edək ki, hadisə iyulun 3-də saat 16:00 radələrində Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində baş verib.
Kürdəmir rayon sakini, 1964-cü il təvəllüdlü Əli Həsən oğlu Qaraşov idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə İmişli rayon istiqamətində hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsində güclü yanğın baş verib. Qısa müddətdə yanğın bütün maşını əhatə edib. Nəticədə ağır yanıq xəsarəti alan sürücü ilə bərabər maşın və yol kənarında 3 kvadratmetr otluq ərazi yanıb. Ə.Qaraşov yanıq xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, oradan isə Bakıya göndərilib.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












