Avtomobillə mikroavtobus toqquşdu - FOTO

Lənkəranda mikroavtobus qəzaya uğrayıb. Girdəni kəndi ərazisində baş verən qəza nəticəsində iki nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə atv-nin Cənub bürosunun məlumatına görə, Girdəni kənd sakini 26 yaşlı Mirzəyev Əli Xanoğlan oğlunun idarə etdiyi “VAZ-21011” markalı 42 BA 357 qeydiyyat nömrə nişanlı avtomobil yolda dönərək, “Mercedes” markalı 10 KV 693 qeydiyyat nişanlı, İstisu qəsəbə sakini 23 yaşlı Abdullazadə Elmar Vidadi oğlunun idarə etdiyi mikroavtobusun yoluna çıxaraq qəzaya səbəb olub.
Hadisə nəticəsində “Jiquli”nin sürücüsü və yanındakı sərnişin Girdəni kənd sakini, 22 yaşlı Babazadə Ülvi Həsənəli oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralılar dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Avtomobillərə ciddi ziyan dəysə də, mikroavtobusun sürücüsü qəzadan yüngül xəsarətlə qurtara bilib.
Faktla bağlı Dövlət Yol Polis əməkdaşları tərəfindən araşdırma aparılır.


Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












