Banner

Avtomobillə toqquşan 70 yaşlı kişi görün nə etdi - VİDEO

Qəzalar 16 Mart 2023 15:09 Oxunub 1096
Avtomobillə toqquşan 70 yaşlı kişi görün nə etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Arxadan vurulan parklanmış avtomobil eyni anda bir neçə maşını əzdi və piyada ilə üz-üzə gəldi. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə maraqla qarşılanan olay Moldovada qeydə alınıb. Müşahidə kamerasına düşən görüntüdən göründüyü kimi yol boyunca düzülən parklanmış maşınlardan biri arxadan yüksək sürətlə gələn avtomobilin qurbanı olur.

Böyük zərblə üç avtomobilə təsir edən qəza nəticəsində vurduğu park edilmiş maşın sırasından çıxaraq öncə qarşısındakı nəqliyyat vasitəsini əzib, sonra isə yaşlı piyada ilə toqquşub. Nəticədə əzilən öndəki avtomobil də öz növbəsində digər maşına toxunaraq ona xəsarətlər endirib.

Yaşlı piyada isə ani hadisədən şok təsiri keçirtməyib və toqquşduğu maşınla “güləşib”.   

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh