Avtomobillə vurulan azyaşlı ölüb - Qaxda

Qaxda azyaşlı qızı avtomobil vuraraq öldürüb. Avtosfer.az xəbər verir ki, bu barədə Qax Mərkəzi Rayon Xəstəxanasından apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 21-də axşam saatlarında Qax şəhəri Axundzadə 1 ünvanında yaşayan 2008-ci il təvəllüdlü Banuçiçək Cavid qızı Fətəlizadə avtomobil vurması nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Həkimlərin səyinə baxmayaraq, azyaşlı aldığı xəsarətlərdən xəstəxanada keçinib. Məlumatda bildirilir ki, Banuçiçək Fətəlizadənin atası Cavid Fətəlizadə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinin həkimidir. Banuçiçək Fətəlizadə dəfn edilmək üçün doğulduğu Astara rayonuna aparılıb.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO












