Avtomobillə vurulan gənc xəstəxanada öldü - Sabirabadda

Sabirabad rayonunda avtomobillə vurularaq ağır kələ-beyin travması alan 23 yaşlı gənc xəstəxanada ölüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, mayın 5-də Sabirabad rayonunun Ulacalı kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Səid Arzu oğlu ağır bədən xəsarətləri alıb. Açıq-kəllə beyin travması və digər xəsarətlərlə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdrilən 23 yaşlı gənc bu gün səhər saatlarında özünə gəlmədən ölüb. Qeyd edək ki, hadisə Ulacalı kənd sakini Alışov Səməndər Əhəd oğlunun idaərə etdiyi “NİVA” markalı 90 NH 054 dövlət nömrə nişanlı avtomobillə törədilib. Faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












