"Axmaq piyadanın qurbanı oldum" - Aparıcı Xəyalə qəza keçirdi - VİDEO

Tanınmış aparıcı və atlet Xəyalə Hüseynli qəza keçirib. Avtosfer.az xəbər verir ki, X.Hüseynli idarə etdiyi "Mercedes" markalı avtomobili ilə idarəetməni itirərək digər avtomabilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Aparıcı qəza keçirməsini yolu keçən piyada ilə əlaqələndirib və onun günahkar olduğunu bildirib. "Kaşki belə axmaq piyadalar da məsuliyyətə cəlb olunsa ... Avtomobil qarşıda olan zirehli avtomobillə toqquşduğu üçün bu hal baş verib. Hansısa artıq sürət və ya ara məsafəsindən söhbət getmir", - deyə o, bildirib.
Qeyd edək ki, Xəyalə Hüseynli müxtəlif yerli telekanallarda gənclər və əyləncə proqramlarının aparıcısı kimi çalışıb. AzTV-də yayımlanan məşhur "Müasir Azərbaycan Gənci" (MAG) verilişinin əsas simalarından biri olmuşdur. İctimai Televiziyada (İTV) "Qayıtdı Xəyalə", "Formula I" və "7 şüşə" kimi fərqli layihələrin aparıcılığını etmişdir. O, fəaliyyətinə "ASAN TV" platformasında aparıcı olaraq davam edir.
Qeyd edək ki, Xəyalə Hüseynli aktrisa-aparıcı Turanə Hüseynlinin bacısıdır. (Milli.az)
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev












