Ayıq sürücü kimi məclisə aparılmışdı, qəzada öldü - TƏFƏRRÜAT - FOTO

Dekabrın 22-nə keçən gecə İsmayıllıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatları məlum olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən 2000-ci il təvəllüdlü Rəşidov Səfər Etibar oğlu və həmyaşıdı 2000-ci il təvəllüdlü Şükürlü Şükür Araz oğlu Oğuzun Qumlaq kənd sakini olublar.
Hadisə vaxtı onların həmkəndliləri olan 1997-ci il təvəllüdlü Rəhimli Orxan Mehman oğlu və 1998-ci il təvəllüdlü İsmayıllı sakini Allahverdiyev Tural Eldar oğlu xəsarətlər alıblar.
Bildirilir ki, qəzaya düşən şəxslərdən sürücü Orxanla İsmayıllı rayon sakini Tural tələbə vaxtı eyni yerdə təhsil alıblar. Qumlaq kəndində yaşayan dostlar Turalın dəvəti ilə İsmayıllıya yola düşüblər. Bu zaman Orxan içki qəbul edəcəyini bildirib və spirtli içki qəbul etməyən həmkəndlisi Şükürün də ayıq sürücü kimi onları müşayət etməsini, qayıdarkən avtomobili idarə etməsini xahiş edib.
İsmayıllıda yeyib-içdikdən sonra Orxan ayıq sürücüyə ehtiyac olmadığını, avtomobili özü idarə edəcəyini bildirib. Spirtli içkinin təsiri altında olan O.Rəhimlinin sürdüyü maşın İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində idarəetmədən çıxaraq aşıb.
Nəticədə ayıq sürücü kimi məclisə getmiş Şükür Şükürlü ilə avtomobildə olan Səfər Rəşidov aldıqları xəsarətlərdən vəfat edib. Sürücü Orxan Rəhimli ağır, İsmayıllı sakini Tural isə orta-ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO












