Banner

“Azdrama”nın yanında qəza: 4 MAŞIN TOQQUŞDU, 1 NƏFƏR YARALANDI - VİDEO - YENİLƏNİB

Qəzalar 10 İyul 2025 12:48 Oxunub 1646
“Azdrama”nın yanında qəza: 4 MAŞIN TOQQUŞDU, 1 NƏFƏR YARALANDI - VİDEO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

TƏBİB-dən qəza nəticəsində xəsarət alan şəxslə bağlı sorğumuza cavab olaraq bildirildi ki, 10.07.2025-ci il tarixində saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 33 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilən pasiyentin zəruri müayinələri  aparılıb. Vəziyyəti stabil qiymətləndirildiyindən ambualtor müalicə üçün evə buraxılıb".

***

11:30

***

Əməkdaşımız qəza baş verən ərazidə olub. Qəzadan dərhal sonra hadisə yerinə yol polisi əməkdaşları yaxınlaşıb və qəzanın ərazidə sıxlığıa səbəb olmasının qarşısını alıb. Yol polisinin bildirdiyinə görə, hadisə zamanı 4 avtomobilə ziyan dəyib. Havanın yağıntılı olması avtobus sürücüsünə Şıxəli Qurbanov küçəsinə dönərkən çətinlik yaradıb. Nəticədə, avtobus əks-yola çıxıb və “Nizami” metrosu tərəfdən gələn “Hyundai” markalı 99-EN-355 qeydiyyat nişanlı avtomobillə toqquşub. O isə öz növbəsində “Toyota Prado” və “Toyota RAV-4” markalı maşınlara çırpılıb. Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Şəxsin kimliyi ilə bağlı araşdırmalar hələ də davam etdirilir.

Hadisə ilə əlaqədar “BakuBus” MMC-dən saytımıza verilən açıqlamada bildirilib ki, bu gün saat 08:45 radələrində “BakuBus” MMC-nin balansında olan və 2 nömrəli marşrut xətti üzrə hərəkətdə olan 77-JS-491 dövlət qeydiyyat nişanlı avtobus, Füzuli küçəsindən Şıxəli Qurbanov küçəsinə dönən zaman sürücü idarəetməni itirib, qarşı hərəkət zolağına çıxıb və nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib:

“Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır və əlavə məlumat veriləcəkdir”.

***09:23

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub.

Avtosfer.az oxu.az-a xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu Şıxəli Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil ilə "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu toqquşub.

Hadisə zamanı nəqliyyat vasitələrinə ziyan dəyib. Sərnişinlər avtobusdan düşürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh