“Azəravtoyol” ASC-nin avtomobili qəzaya düşdü – 1 yaralı

Bakıda “Azəravtoyol” ASC-nin əməkdaşı yol qəzası zamanı ağır xəsarət alıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, “Karl Marks dairəsi” kimi tanınan ərazidə “Qazel” markalı yük avtomobili ilə 1963-cü il təvəllüdlü Yusifov Maarif Baxış oğlunun idarə etdiyi “Azəravtoyol” ASC-yə məxsus xidməti avtomaşın toqquşub. Nəticədə ASC-nin əməkdaşı M.Yusifov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin qeydə alındığı əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb “Qazel” markalı yük avtomobili olub. Belə ki, yük avtomobilinin sürücüsü STOP nişanının tələblərini pozaraq birbaşa dairəyə daxil olub və hərəkətini davam etdirib. Nəticədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












