Azərbaycan vətəndaşı Rusiyada qəza nəticəsində ölüb

Azərbaycan vətəndaşı Rusiyanın Stavropol diyarında qəza nəticəsində vəfat edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə dünən gecə Nevinnomıssk şəhərində baş verib.
"Mazda" markazlı avtomobili idarə edən sürücü idarəetməni itirdiyindən nəqliyyat vasitəsi təmir məqədilə yol kənarında dayanan qoşqulu "Volvo" yük maşınına çırpılıb. Nəticədə minik avtomobilindəki iki sərnişin - Azərbaycan vətəndaşı olan 28 yaşlı kişi və 40-45 yaşlarında bir qadın dünyasını dəyişib. "Mazda"nın sürücüsü, Nevinnomıssk şəhərinin 43 yaşlı sakini qəzada xəsarət almayıb.
Qəzada iştirak edən digər avtomobilin sükanı arxasında Ermənistan vətəndaşı olub.
Qəza ilə bağlı cinayət işinin açılıb-açılmaması məsələsi həll edilir. Hər iki sürücüdən ayıqlıq dərəcəsini müəyyənləşdirmək üçün qan nümunəsi götürülüb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












