Azərbaycan vətəndaşı Türkiyədə motosiklet qəzasında ölüb

Türkiyədə yaşayan Azərbaycan vətəndaşı qəzaya düşüb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə dünən Kırklarəli əyalətinin Dəmirköy qəsəbəsində baş verib. Belə ki, Qazax sakini, 1979-cu il təvəllüdlü Hüseynov Elçin Rövşən oğlu motosiklet idarə edərkən qarşısına çıxan avtomobillə toqquşmamaq üçün sükanı yan tərəfə döndərib. Nəticədə o, motosikletlə birlikdə divara çırpılıb. E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Mərhumun həyat yoldaşı “Report”a açıqlamasında sənədləşmə işləri üçün sabah, sentyabrın 5-də İstanbula gedəcəyini deyib. Bu işlər başa çatdıqdan sonra cənazənin Qazax rayonuna gətirilməsi üçün Azərbaycanın İstanbuldakı konsulluğuna müraciət olunacaq. Qeyd edək ki, cütlük bir ildir Türkiyədə yaşayırmış. E.Hüseynov inşaat sektorunda çalışırmış.
Bakıda “Chevrolet” aşdı, sürücü xəsarət aldı - VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB












