Azərbaycanda ağır qəza: ana öldü, qızı yaralandı - FOTO +VİDEO

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda avtomobil qəzası baş verib. Avtosfer.az ARB Şimal-a istinadla xəbər verir ki, qəza nəticəsində 51 yaşlı qadın həyatını itirib.Hadisə yolun 115-ci kilometrliyində Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 36 yaşlı Bakı şəhər sakini Araz Ağarzayevin idarə etdiyi 10 KM 964 dövlət nömrə nişanlı "Kia Avella" markalı avtomobil idarəetməni itirərək yolun kənarında maneəyə çırpılıb.
Qəza zamanı avtomobildə Quba rayon sakinləri 51 yaşlı Sevil Ağayeva və onun qızı 17 yaşlı Fatimə də olub. Nəticədə Sevil Ağayeva hadisə yerindəcə dünyasını dəyişib. 17 yaşlı Fatimə və avtomobilin sürücüsü isə müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalara başlanılıb.




Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












