Azərbaycanda ağır qəza: ölən və yaralananlar var - VİDEO

Minik avtomobilinin aşması ölümlə nəticələnib. Ağır qəza Bakı-Qazax magistralının Hacıqabulun Padar kəndindən keçən hissəsində baş verib. Neftçalanın Qaraimanlı kənd sakini, Balakişi Məmmədov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişin Qalib Əliyev hadisə yerində ölüb. 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Şirvanda da ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə ötən axşam şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb. Salyanın Çadırlı kənd sakini Rahil Muradovun idarə etdiyi minik avtomobili magistral qaz kəmərinin dirəyinə çırpılıb.
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər-61 yaşlı Gülbar Muradova və 2 yaşlı Səma Muradova müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Gülbar Muradovanın həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının verdiyi məlumata görə, 2 yaşlı Səma Muradovada qıcolma baş verib və onu xəstəxanaya çatdırmaq istəyərkən tələskənlikdən qəza baş verib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












