Azərbaycanda ağır qəza: Qarabağ qazisi və daha 2 nəfər həlak oldu

Yevlaxda biri Qarabağ müharibəsi əlili olmaqla, 2 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Xaldan yolunda baş verib. Ağdam rayon sakini Şükürov Elgiz Baxşeyiş oğlunun idarə etdiyi "Tavria" markalı 02 BJ 125 dövlət nömrə nişanlı minik avtomobili "KamAZ markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü E. Şükürov və sərnişin, Ağdam rayon sakini Məmmədquliyev Azər ölüb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax-Xaldan yolunda "KAMAZ" markalı yük, "OKA" və "QAZ" markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub. Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış "OKA" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış vətəndaşın cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:05-də başa çatıb.
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO










