Azərbaycanda ailə faciəsi - Gəlin-qaynana yol qəzasında öldülər

İsmayıllı rayonunda iki nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Şamaxı-İsmayıllı yolunda qeydə alınıb. Bakının Xətai rayon sakini 1976-cı il təvəllüdlü Salmanov Samir Cümşüd oğlu idarə etdiyi 99-FH-679 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Samir Salmanov və qızı 2001-ci il təvəllüdlü Salmanova Rəhimə Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün həyat yoldaşı 1980-ci il təvəllüdlü Salmanova Elnarə Xəlil qızı və anası 1948-cı il təvəllüdlü Amaliya Salmanova aldıqları ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Məlumata görə, ailə üzvləri bu gün keçiriləcək Nar bayramında iştirak etmək üçün Bakıdan Göyçay rayonuna gedirdilər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












