Azərbaycanda avtomobil qəzalarında 3 nəfər ölüb

Azərbaycanın müxtəlif bölgələrində yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı durmadan artır. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 19-da saat Qazax rayonunun Ağköynək kəndində rayon sakini Vüsal Nəsibov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Əsmər Haqverdiyevanı vurub. Xəstəxanaya yerləşdirilən Ə.Haqverdiyeva mayın 20-də orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Ölümlə nəticələnən daha bir hadisə mayın 8-də saat Qazax şəhərində olub. Belə ki, Qazax şəhər sakinləri Orxan Vəliyevin və Nizami Hüseynovun idarə etdikləri “VAZ” və Mübariz Musayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə O.Vəliyev və sərnişini, həmyerlisi Əmrah Məmmədov xəstəxanaya yerləşdirib. Lakin Ə.Məmmədov mayın 20-də orada dünyasını dəyişib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bundan başqa mayın 14-də Saatlı rayonunda rayon sakini Maarif Miriyev idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarında velosiped sürən həmyerlisi Yadigar Kazımovu vurub. Xəstəxanaya yerləşdirilmiş Y.Kazımov mayın 20-də orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












