Banner

Yük və minik avtomobilləri toqquşdu, ölən var

Qəzalar 23 Fevral 2022 10:24 Oxunub 802
Yük və minik avtomobilləri toqquşdu, ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “DAF” markalı yük avtomobili və "Daewoo" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1983-cü il təvəllüdlü Nəsirov Nicat Fəxrəddin oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh