Azərbaycanda dəhşətli qəzada yola 20 min ziyan dəydi - ŞOK SƏBƏB - FOTOLAR

Goranboyda yük avtomobili aşıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu, Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Mazut daşıyan “DAF” markalı yük avtomobili yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobildə olan mazut yol dağılıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində iş gedir.
"Azəravtoyol" ASC-dən isə Avtosfer.az-a bildirilib ki, Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 322-ci km-də, magistralın Goranboy rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ciddi ziyan dəyib. Belə ki, Şəmkir rayon sakini, 1975-ci il təvəllüdlü Eldar Qasımov 99 HK 563 dövlət qeydiyyat nömrəli “DAF” markalı yəhərli dartıcılı yük maşını ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib və yük maşını yol ayrıcında olan əyrixətli dəmir tirlərə çırpılaraq aşıb. Xoşbəxtlikdən hadisə xəsarətsiz ötüşsə də, yol ayrıcında olan 240 paqon-metr uzunluğunda dəmir tirlər sıradan çıxıb. Bundan başqa yük maşınında olan 28 ton mazutun xoşbəxtlikdən cüzi bir hissəsi yola dağılıb. Yolun hərəkət hissəsinin asfalt-beton örtüyünün aşınmasının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülüb və dağılmış mazut yoldan təmizlənib.
Hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, qəza zamanı yol təsərrüfatına təqribən 20 min manatdan artıq ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
Qeyd edək ki, qəzaya yük maşınının sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Emin
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ























